56 yaşlı kişinin evində meyiti tapıldı

3 Dekabr 2016 21:11 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində fərdi yaşayış evində 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1960-ci il təvəlüdlü Hüseynov Akif Mehdi oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 18:15-də başa çatıb.