Deputata ad günündə inək hədiyyə etdilər

4 Dekabr 2016 00:49 (UTC+04:00)

Modern.az Ukrayna mediasına istinadən bildirir ki, bu haqda Lyaşko özü məlumat verib.

"Andrey Lozovoy və İqor Mosiyçuk ad günümdə Ukraynanın ən yaxşı Cimeruçku inəyini hədiyyə ediblər", - o, özünün Facebook səhifəsində yazıb.

Xatırladaq ki, Lyaşko aprel ayında fermerlərin aksiyası zamanı Nazirlər Kabinetinə inək gətirmişdi.

Bundan sonra Ali Radanın tribunasından belə bir bəyanat verilmişdi: "İnək – bu təkcə ət, süd, pendir, yağ deyil. İnək – kəndli üçün iş yeridir".

AzNews.az