Marveldən çoxdan gözlənilən film

4 Dekabr 2016 11:19 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, "Qalaktika keşikçiləri 2" filminin rejissoru Ceyms Qann Braziliyada keçirilən Comic-Con festivalı çərçivəsində Marvel kinokomiksinin yeni hissəsinin treyleri ilə tamaşaçıları sevindirib.

Filmin yeni hissəsi 2017-ci ilin mayından etibarən kinoteatrlarda nümayiş olunacaq.

"Qalaktika keşikçiləri 2" -də Kriz Pett, Zoi Saldana, Bredli Kuperlə bərabər Hollywood-un ağırçəkililəri-Silvestr Stallone və Kurt Rasseli də görə biləcəyik.