Bu adaya gözlənilmədən qar yağdı

4 Dekabr 2016 18:55 (UTC+04:00)

AzNews.az BBC-yə istinadən xəbər verir ki, adanın bəzi hissələrinə düşən qarın hündürlüyü 90 santimetrə çatıb. Sinoptiklər bildirir ki,tropiklərə də qar yağır, lakin, belə alçaq hündürlüklü ərazilərdə bu nadir hadisədir.

Ən güclü yağıntı adanın iki ən hündür zirvəsində-Manua-Keya və Manua-Loada müşahidə olunub. Hər iki dağın hündürlüyü 2 km-dən artıqdı.

Aidiyyatı qurumlar sakinlərdən evlərini tərk etməməyi xahiş ediblər.