Tacir Şahmalıoğlu evinə qoymadığı müğənnilərdən danışdı: “Adını çəksəm...”

5 Dekabr 2016 15:45 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında müğənni Tacir Şahmalıoğlu deyib. O, bunu tək həmkarlarına aid etmədiyini deyib: "Tək müğənnilər deyil. Elə insanlar var ki, onlardan qorxulur. Yaxşı adamlar deyil. Eləsi var ki, gözüm üstə yeri var. Mən bunu bütün həmkarlarıma şamil etmirəm. Onlara inanmıram. Bundan əlavə xarakterinə bələd olduğum, davranışlarını gördüyüm üçün onları evimə buraxmaram. Onların arasında həm kişi, həm də qadın sənətçilər var".

Tacir Şahmalıoğlu evinə aparmaq istəmədiyi müğənilərin adlarını açıqlamaq istəmədi: "Evimə aparmadığım müğənnilərin adını çəksəm, onda düşmən olaram ki…".

Bahar RÜSTƏMLİ
AzNews.az