Beş nəfərin yaşadığı ev uçdu - Video + Foto

5 Dekabr 2016 16:28 (UTC+04:00)

ARB TV xəbər verir ki, hadisə rayon mərkəzində, Heybət Qədirov küçəsində baş verib.

İntiqam Məmmədova məxsus 1 mərtəbə, 2 otaq və aynabənddən ibarət qəzalı tikilinin arxa hissəsi uçaraq yararsız hala düşüb. Kürdəmir Rayon Fövqəladə Hallar Komissiyasının sədri Tacəddin Novruzov çiy kərpicdən tikilmiş evin istismar müddətini başa vurduğu üçün qəzalı vəziyyətə düşdüyünü və bu səbəbdən də evi Məmmədovun özünün bərpa etməli olacağını deyib.

İntiqam Məmmədov - Ev sahibi: "Dünən gece saat 1 də evim uçdu, uşaqlarım stress keçirdi. Qalmışam belə, imkanım yoxdu".

AzNews.az