Zərdabda binaların təmirinə 3 milyon manat ayrılıb

5 Dekabr 2016 18:30 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, Zərdab şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Zərdab Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.