Alimlər:Gecə işləmək xərçəng yaradır

5 Dekabr 2016 18:39 (UTC+04:00)

AzNews.az Oxu.az-a istinadən xəbər verir ki, Kvebek universitetinin tədqiqatçılarının araşdırmalarına görə, gecə saatlarında işləyən kişilərdə, gündüz növbəsində işləyən kişilərə nisbətən prostat vəzinin xərçənginin yaranma riski 3 dəfə artıqdı. Onlarda həmçinin bağırsaq, sidik kisəsi, ağciyər xəstəliklərinin inkişafetmə riski də yüksəkdir.

Əvvəlki tədqiqatlar qadınların da gecə saatlarında işləməyin qurbanı ola biləcəyini göstərib, belə ki, onlarda süd vəzisinin xərçəngi inkişaf edə bilər.

Mütəxəssislər gecə növbələri melatonin – yuxu və gümrahlıq rejimini tənzimləyən hormonun məhv edilməsi üzündən orqanizmə zərər vurur.

Alimlər həmçinin qeyd ediblər ki, ən çox riskə məruz qalanlar 10 ildən çox gecə növbəsində çalışanlardır.