“Brexit” prosesi Ali məhkəməyə həvalə olundu

5 Dekabr 2016 19:21 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, hazırda hökumət prosesin necə başlanmasına qərar verilməsi ilə bağlı ölkənin Ali Məhkəməsinə müraciət edib. Ali Məhkəmədə prosesin Lissabon müqaviləsinin 50-ci maddəsinə əməl edilib-edilməməsi ilə bağlı müzakirələr davam edir.

Ali Məhkəmədə sadəcə ölkənin Avropa İttifaqından çıxması prosesi deyil, eyni zamanda, "Brexit" sonrası Avropada çalışan britaniyalıların və Birləşmiş Krallıqda işləyən avropalıların hüquqi statusu, azyaşlıların sosial hüquqları və s. məsələlər də müzakirə edilir.