Bakı Uşaq Teatrının yeni layihəsi

10 Dekabr 2012 13:07 (UTC+04:00)
Bakı Uşaq Teatrı və Türkiyənin EKsanat teatrının birgə layihəsi-"Türk Xalqlarının Teatrı" təqdim olundu. Teatrdan verilən məlumata görə, layihə çərçivəsində İntiqam Soltanın quruluşunda hazırlanan "Sıravi Dursun" tamaşasının premyerası keçirilib. Tamaşa Sarabski adına mədəniyyət evində baş tutub.

Tamaşadan əvvəl Türkiyənin Azərbaycandakı səfirliyinin Kültür və Tanıtma müşaviri Seyid Ahmet Arslan, Giresun Bələdiyə başkan yardımçısı Ömər Cinel, Kültür və Sosial İşlər müdiri Hasan Özdemir, EKsanat teatrının Genel Sanat yönetmeni Erhan Kaya çıxış edərək bu layihənin türk xalqlarının mədəni əlaqələrini daha da möhkəmlədəcəyini bildirib.

Qeyd edək ki, tamaşanın Tatarıstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və s. türk dövlətlərində nümayiş olunacağı nəzərdə tutulur.

Bahar Rüstəmli
AzNews.az