73 yaşlı ana oğurluqda ittiham edildi- AİLƏ FACİƏSİ

10 Dekabr 2012 13:10 (UTC+04:00)
Samuxda oğul və gəlini tərəfindən telefon oğurluğunda ittiham edilən 73 yaşlı ana qadın sığınacağına müraciət edib.

"Təmiz dünya" İctimai Birliyindən verilən məlumata görə, 1939-cu il təvəllüdlü qadın evdən itən telefonu oğurlamaqda ittiham edildiyini görərək əvvəlcə evi tərk edib.

1 ay rayonda kirayə tutduğu evdə yaşadıqdan sonra evə oğrunun gəlməsi səbəbindən Bakıda qadın təşkilatlarna müraciət edib: "Hazırda 73 yaşlı bu qadın evinə qayıtmaq istəməyərək qocalar evinə yerləşdirilməsini istəyir. Ancaq bunun üçün onun övladlarının razılığı alnmalıdır. 2 oğlu var. Onlardan da biri Rusiyada yaşayır. Hazırda təşkilat bu məsələnin həllinə çalışır".

Elnarə Əlosmanqızı
AzNews.az