Kılıçdaroğlunun baş müşaviri həbs edildi

6 Dekabr 2016 10:39 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Fatih Gürsul İstanbul Cümhuriyyət Baş Prokurorluğunun təlimatı əsasında Ankarada saxlanılıb.

Onun Fətullahçı terror qruplaşmasının internetdə istifadə etdiyi "ByLock" proqramının istifadəçisi olduğu deyilir, bu səbəbdən onun Ankaradakı evində axtarış aparılır.