İntihar edən MTN polkovnikinin qardaşı azadlıqda

6 Dekabr 2016 13:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Adəm Məmmədov məlumat verib.

Vəkil bildirib ki, Ali Məhkəmə Mətləb Mustafayevlə bağlı Bakı Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı qərarını ləğv edib: "Mətləb Mustafayev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah daşıma) maddəsi ilə ittiham olunub. Nəsimi rayon məhkəməsi onu 2 il azadlıqdan məhrum etmə hökmü verib. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı qərarı ləğv edib və o azadlığa buraxılıb".

Malik Mustafayev MTN-nin hazırda həbsdə olan generalı Elçin Quliyevin göstərişi ilə həbs olunub.

Bahar Rüstəmli
AzNews.az