“Bilmirdim, indi bildim” - Reyddə maraqlı anlar (Video + Foto)
6 Dekabr 2016 17:31 (UTC+04:00)
ARB TV xəbər verirk ki, reydin əsas məqsədi texniki baxışı və fərqlənmə nişanları olmayan avtomobilləri və yük daşımaya görə vergidən yayınan sürücüləri aşkarlamaq olub.
Qayda pozan 40-a yaxın sürücü saxlanılıb. Saxlanılan sürücülərin bəziləri yük daşınması üçün fərqlənmə nişanları almalarının vacibliyindən xəbərsiz olduqlarını bildiriblər. Belə sürücülərə yol müfəttişləri tərəfindən fərqlənmə nişanlarının mahiyyəti və digər qaydalar izah edilib.
Sürücü: "Bilmirdim, indi bildim"
Ucar və Zərdab rayonlarında da reydlər təşkil edilib. Qaydalara əməl etməyən sürücülərə qarşı bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.