Bakıda Çin Mədəniyyət Günləri keçiriləcək

10 Dekabr 2012 14:22 (UTC+04:00)
10-14 dekabr tarixində Azərbaycanda Çin Mədəniyyət Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, dekabrın 11-də Milli İncəsənət Muzeyində Çin rəssamlarının "Rəngkarlıq - İpək yolu" adlı sərgisi açılacaq.

Dekabrın 11-13-də isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində məşhur Qansu Teatrının təqdimatında "Dunxuan mağarasının cazibəsi" rəqs - tamaşası göstəriləcək.

Bahar Rüstəmli
AzNews.az