Əfqan generalın qəzaya uğradığı vertolyot-Video

6 Dekabr 2016 19:26 (UTC+04:00)

AzNews.az Lenta.ru-ya istinadən xəbər verir ki, Mi-17 vertolyotunun qəzaya uğraması nəticəsində əfqan general Moxaedin Qori həyatını itirib.

Qəza noyabrın 29-u baş versə də, görüntülər yalnız bu gün yayılıb. Vertolyotda generalla bərabər 7 nəfər həlak olub. Qəzanın texniki səbəbdən baş verdiyi bildirilir.

Ölkə prezidenti Əşrəf Qani generalın həlak olmasını silahlı qüvvələr üçün böyük itki adlandırıb.