44 yaşlı qadın dəm qazından zəhərləndi

6 Dekabr 2016 20:41 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Hacıqabul rayonu Nəvai kənd sakini 1972-ci il təvəllüdlü Əlişova Təranə Əkbər qızı hamamda dəm qazından zəhərlənərək Hacıqabul Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, T.Əlişovanın vəziyyəti ağır qiymətləndirilir.