“Taxt-tac oyunları” serialının ulduzu vəfat etdi

6 Dekabr 2016 21:38 (UTC+04:00)

AzNews.az BBC-yə istinadən xəbər verir ki, məşhur aktyor bu gün səhər saatlarında dünyasını dəyişib.

Piter Von aktyor karyerasına 1950-ci illərdən başlayıb. Əsasən, polis, məxfi agent obrazlarını canlandırıb.

"Game of Thrones" yəni "Taxt-tac oyunları" serialında Qara qəsrin meysteri Eymon Tarqarien obrazını canlandırıb.