Ən nüfuzlu mükafatı kimlər alacaq?

6 Dekabr 2016 22:32 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, ulduz ifaçılar Beyonce və Adel 3 nominasiya üzrə bir-birinə rəqibdir.

Nominasiyaların sayı üzrə Beyonce rekordçudur. Ulduz ifaçının 9 heykəlcik qazanmaq şansı var.

Əsas mükafat-"İlin mahnısı" kateqoriyasında Adel - Hello, Lukas Qrem - 7 Years, Mayk Pozner - I Took a Pill In Ibiza, Castin Biber-Love Yourself mahnısıyla mübarizə aparacaq.

"İlin albomu" nominasiyasında Beyonse-Lemonade, Adel-25, Dreyk - Views, Castin Biber - Purpose albomu ilə qalib ola bilər.

59-cu "Grammy" musiqi mükafatının təqdimatı 2017-ci il fevralın 12-də keçiriləcək.