Bakının mərkəzində avtobus dayanacağı olmayan küçə - Video

6 Dekabr 2016 23:31 (UTC+04:00)


AzNews.az "Xəzər Xəbər"-ə istinadən xəbər verir ki, dayanacağın biri Təbriz 41 ünvanında, növbəti isə metronun 28 may stansiyasının yanındadır.

Sakinlərin sözlərinə görə, əvvəl bu məsafədə əlavə 2 dayanacaq olub. Lakin sonradan ləğv edilib. Əslində isə azı 1 dayanacağa ehtiyac var.

Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, problemlə əlaqədar qurumun 141 nömrəli qaynar xəttinə də müraciətlər daxil olub. Agentliyin əməkdaşları tərəfindən araşdırma aparılıb və yaxın günlərdə həmin ərazidə 1 dayanacaq quraşdırılacaq.