Sürücülərin nəzərinə - Bu yol bağlanır

7 Dekabr 2016 12:28 (UTC+04:00)

Bu barədə AzNews.az-a "Azəravtoyol" ASC-dən məlumat verilib.

Bildirilir ki, aparılacaq profilaktik təmir işləri ilə əlaqədar olaraq, dekabrın 8-dən Zığ-Hava limanı avtomobil yolunun (beton yol) Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində 3 hərəkət zolağından 2 zolaq hərəkət üçün qısa müddətlik bağlanacaq.

Sözügedən profilaktik təmir işləri yolun 15-ci km-də aparılacaq. Avtonəqliyyat vasitələrinin maneəsiz hərəkəti 1 hərəkət zolağı ilə təmin olunacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

AzNews.az