İlin ən çox satılan kitabı məlum oldu
7 Dekabr 2016 20:45 (UTC+04:00)
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, 2016-cı ildə Amazon online satış saytında ən çox satılan kitab "Harri Potter və Lənətlənmiş uşaq" kitabı olub.
Bu kitab əsasında bu ilin yayında səhnəyə qoyulmuş pyes Londonda böyük səs-küyə səbəb olub. Pyes rejissor Con Tiffani tərəfindən tamaşaya qoyulub. Ssenarist Cek Torn pyesi Harri Potter kitablarının müəllifi Coan Roulinqin orijinal ideyası əsasında yazıb.
Bestsellerlər siyahısının ikincisi neyro-cərrah Pol Kalanitini "Nəfəs havaya çevriləndə" adlı memuarı, üçüncüsü isə Con Qrişemin "Xəbərçi" əsəridir.