Boksçu stolu rəqibinin başına çırpdı - Video

7 Dekabr 2016 22:19 (UTC+04:00)

AzNews.az Tass-a istinadən xəbər verir ki, məşhur boskçu Derek Çisora qarşılaşmadan öncə mətbuat konfransında "Bəli, mən dünyanın ən yaraşıqlı oğlanı, ən yaxşı boksçularından biriyəm" deyərək, qarşısındakı stolu rəqibi Dillian Uayta tullayıb. Bundan sonra mətbuat konfransında iştirak edənlər 2 dəlisov idmançını sakitləşdirməyə çalışıblar.

Tədbir Mançester mehmanxanalarından birində keçirilib. Qarşılaşma dekabrın 10-a planlaşdırılır.

Çisoranın hesabında 26 qələbə var. Onlardan 18-i nokautla bitib. O, daha çox öz qalmaqallı hərəkətləri ilə yada qalıb.