Şimali Koreya raketini dekabrın 29-da buraxacaq

10 Dekabr 2012 15:30 (UTC+04:00)
Koreya Xalq Demokratik Respublikası orbitə peykin buraxılmasında istifadə edəcəyi raketin təmirə ehtiyacı yaranıb. Raketin təmirinin 29 dekabra qədər yekunlaşacağı bildirlir.

"Renxap" agentliyinin məlumatına görə, təmiri zəruri edən səbəb texniki problemlərlə əlaqədardır. Başqa bir məlumata görə isə, bu işdə koreyalılara İrandan olan mütəxəssis kömək edir. Bu mütəxəssislərin "Şahab- 3" ballistik raketlərin hazırlanmasında təcrübəsi var.
Qeyd edək ki, Şimali Koreya rabitə peykinin orbitə buraxılması prosesinin 10-22 dekabrda həyata keçirəcəyini rəsmən elan etmişdi. Bu xəbər bir sıra ölkələrdə, o cümlədən Rusiyada narahatlıqla qarşılanmışdı. Səbəb isə Koreyanın əslində peyk buraxmaq adı altında ballistik raketi sınaqdan keçirəcəyi göstərilird ki, bu da BMT-nin qətnaməsi ilə qadağan edilib.

Dekabrın 9-da isə raketin buraxılmasının gecikməsi barədə məlumat yayıldı. Bəzi mənbələr bunun səbəbini beynəlxalq təsirlə əlaqələndirir. Rəsmi Pxenyan isə bu barədə məlumatları təkzib edərək geçikməyə texniki problemlərin səbəb olduğunu bildirmişdi.

Elnarə Əlosmanqızı
AzNews.az