Cəlilabadda qanunsuz ov edən şəxslər saxlanılıb - FOTO

7 Dekabr 2016 22:36 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, yerli sakinlər Asif Soltanov, Tahir Məmmədov və Uzuntəpə kənd sakini İnşallah Həsənov heç bir icazə sənədi olmadan birlikdə Mahmudçala ovçuluq təsərrüfatında 25 ədəd gərəf və 8 ədəd çöl ördəyi ovlayıblar.

Saxlanılan zaman o da məlum olub ki, ovçulardan Tahir Məmmədovun üzərindəki ov tüfəngi heç bir yerdə qeydiyyatda deyil.

Faktla bağlı Cəlilabad rayon Polis şöbəsində araşdırma aparılır.