Obama - Siyasi intriqalar mənə maraqlı deyil, mən getdim yatmağa - Fotolar

7 Dekabr 2016 23:15 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, prezidentliyinin son günlərini yaşayan Barak Obama həyat yoldaşı Mişellə birlikdə People jurnalına müsahibə verib.

Mişel Obama deyib ki, o, siyasi intriqalardan çox uzaqdır və hakimiyyət üçün mübarizə onu tamamilə maraqlandırmır. Hətta bu səs-küyə həyat yoldaşına görə dözdüyünü bildirib.

Mişel prezident seçkilərinin nəticəsinin açıqlandığı gecə bir çox amerikalılar kimi yuxusuz qalmayıb. Nəticəni öyrənmədən yatmağa gedib.

Bununla bərabər Mişel Trampı dəstəkləyir. "Çünki onu xalq seçib." fikrini səsləndirən Mişel hər zaman Ağ evin yeni administrasiyasına kömək etməyə hazır olduğunu deyib.