Baba nəvəsi üçün ingilis dili öyrəndi - Video

7 Dekabr 2016 23:50 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Milad öncəsi bir çox şirkətlər bayram əhval-ruhiyyəli video-roliklər hazırlayırlar.

Polşanın internet mağazasının hazırladığı video isə Youtube-da qısa müddət ərzində 4 milyon baxış sayını keçməyi bacarıb.

Çarxda Polşalı baba nəvəsiylə ilk görüşünə hazırlaşır. Bunun üçün ingilis dilini internetdən sifariş etdiyi dərsliklərlə öyrənməyə başlayır. Qısa vaxt ərzində ingilis dilində olan əsas ifadələri öyrənməyi bacarır.

Daha sonra Londona yola düşən babanın kiçik nəvəsi ilə görüşü çox təsirli alınır.

AzNews.az bu roliki sizə təqdim edir: