Qarlı hava nə qədər davam edəcək?

8 Dekabr 2016 11:26 (UTC+04:00)

Bunu AzNews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun əməkdaşı Gülşad Məmmədova deyib. Gülşad Məmmədovanın sözlərinə görə, qarlı hava şəraiti dekabrın 9-a kimi davam edəcək:

"Axşama doğu yağıntılar tədricən səngiyəcək və şimal-qərb küləyi mülayimləşəcək. Noyabrın 9-da etibarən günarta saatlarından etibarən paytaxtda hava yağmursuz olacaq, ara-bir cənub-qərb küləyi əsəcək."

Bahar RÜSTƏMLİ
AzNews.az