Doğma qardaşı üçün killer tutan azərbaycanlı həbs olundu

10 Dekabr 2012 16:02 (UTC+04:00)
Rusiyanın Kemerovo vilayətində azərbaycanlı öz doğma qardaşının qətlini sifariş verib. APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Kemerovo vilayəti üzrə Təhqiqat Komitəsi məlumat yayıb. Məlumatda bildirilib ki, 44 yaşlı azərbaycanlı və qətlin icraçısı həbs olunub. Qətli icra etmiş şəxsin əvvəllər məhkum olduğu bildirilir.

Adı açıqlanmayan azərbaycanlı 30 yaşlı qardaşına külli miqdarda borc versə də, sonra pulu geri ala bilməyib. Buna görə qardaşını qətlə yetirmək qərarına gələn azərbaycanlı killerlə razılığa gələrək niyyətini gerçəkləşdirmək üçün ona çoxlu pul vəd edib. Killer dekabrın 3-də sifarişçinin qardaşını odlu silahla qətlə yetirib, daha sonra meyiti yandırıb.

Rusiya hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində qətlin sifarişçisi və icraçısı yaxalanıb. Faktla bağlı araşdırma aparılır.

AzNews.az