5 dərəcə şaxta olacaq - Yollar buz bağlayacaq

8 Dekabr 2016 12:59 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, sabah paytaxt və yarımadada arabir güclü cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 3-5° isti, Bakıda gecə 3-5° şaxta, gündüz 3-5° isti təşkil edəcək.

Atmosfer təzyiqi xeyli aşağı 775 mm civə sütünundan 762 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 85-95 %, gündüz 65-70 % təşkil edəcək.

Gecə və səhər yollar buz bağlayacaq.

Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, dekabrın 9-da Bakıda və Abşeron yarımadasında arabir güclü cənub-qərb küləyinin əsəcəyi gözlənilir.

Havanın minimal temperaturu 2-5° şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda güclü gilavar küləyinin əsməsi meteohəssas insanlar üçün əlverişsizdir. Dekabrın 10-da isə meteoroloji amillərin mülayim tərəddüdü nisbətən əlverişsizdir.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.

Yollar buz bağlayacaq.