Səbrsizlik 2 avtomobili bir-birinə vurdu - Foto

8 Dekabr 2016 16:15 (UTC+04:00)

ARB Kəpəz xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində yol qəzası baş verib.

Hadisə şəhərin Nəriman Nərimanov prospekti ilə Bəxtiyar Əliyev küçəsinin kəsişməsində, işıqforda qeydə alınıb. "VAZ 2107" markalı iki avtomobil toqquşub. Hər iki maşına ciddi ziyan dəyib.

İlkin ehtimala görə, hadisəyə svetaforun tələbinin pozulması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.