Görkəmli alim Aqil Əliyevin 90 illik yubileyi keçiriləcək

8 Dekabr 2016 18:52 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sənədə əsasən, 2016-cı ilin dekabr ayında Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyevin anadan olmasının 90 illiyi tamam olur. Aqil Əliyev səmərəli elmi-pedaqoji fəaliyyəti ilə Azərbaycan iqtisadiyyatının və təhsilinin inkişafına layiqli töhfələr verib.

Sərəncama əsasən, Azərbaycan elmi qarşısındakı mühüm xidmətlərini nəzərə alaraq Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alınıb ki, Azərbaycan Milli Elmlər Akademiyası Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə Aqil Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.