Sabah bu rayonlarda qaz olmayacaq

8 Dekabr 2016 19:16 (UTC+04:00)

AzNews.az xəbər verir ki, SOCAR-ın mətbuat xidmətindən yayılan məlumata görə, sabah saat 9:00-dan 18:00-dək SOCAR-ın "Qaz İxrac" İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin "Sabirabad", "İmişli", "Axundov", "Saatlı", "Qaracalar", "Otuzikilər" və "Əlillər" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir işlərinin Saatlı, İmişli və Sabirabad rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.