ABŞ-da 6,8 bal gücündə zəlzələ baş verib

8 Dekabr 2016 19:56 (UTC+04:00)

AzNews.az Tass-a istinadən xəbər verir ki, güclü zəlzələ Kaliforniya ştatının sahillərində baş verib. ABŞ-ın Geoloji xidməti bildirir ki, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Hal-hazırda dağıntılar və zərər çəkmişlər haqda məlumat daxil olmayıb. Tsumani təhlükəsi elan olunmayıb.