Kitabxanadan alınan kitab 120 il sonra qaytarıldı - Foto

8 Dekabr 2016 21:41 (UTC+04:00)

AzNews.az BBC-ə istinadən xəbər verir ki, Xereford məktəbinin şagirdi Artur Boykot hələ 19-cu əsrin sonlarında "Mikroskop və onun kəşfi" adlı kitabı kitabxanadan qaytarmaq şərtilə götürüb.

Onun nəvəsi Alisa Djillet isə kitabı babasının köhnə kitablarının arasından tapıb və kitabxanaya qaytarmaq qərarına gəlib. Kitabxana isə qaytarılmayan kitabın əvəzinə cərimə tələb etməyib.

Kitabxana hər gecikdirilən günə görə 21 sent cərimə tələb edir. Deməli 120 il gecikdirilən kitaba görə cərimə təxminən 9402 dollardı.