Masallı RPŞ-nin həyətində bıçaqlanma

10 Dekabr 2012 17:03 (UTC+04:00)
Azərbaycanın Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 16.00 radələrində Rayon Polis Şöbəsinin (RPŞ) həyətində qeydə alınıb.

Masallının Qodman kənd sakini, 1988-ci il təvəllüdlü Elçin Əlgüşad oğlu Kazımov şəxsi münaqişə zəminində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Mehriban Ağababa qızı Xudaverdiyevaya bıçaqla bədən xəsarəti yetirib.

M.Xudaverdiyeva döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Səhiyyə Nazirliyinin Masallı Rayonlararası Təcili Və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdirilib.

Hazırda onun vəziyyəti ağır qiymətləndirilir. E.Kazımov isə polis tərəfindən saxlanılıb. Faktla bağlı Masallı RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az