ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat yayıblar

8 Dekabr 2016 23:19 (UTC+04:00)

APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir:

"Biz - Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri və Fransa xarici işlər naziri Jan-Mark Eyro- Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə tam sadiq qalırıq".

"Aprel ayında qoşunların təmas xəttində baş vermiş gərginliyi nəzərə alaraq, biz davam edən silahlı insidentlərdən, ağır silahlardan istifadədən, o cümlədən güc tətbiqi barədə yayılan məlumatlardan narahatlığımızı bildiririk və güc tətbiqi və ya güc tətbiqi təhlükəsini qətiyyətlə pisləyirik. Bu münaqişənin hərbi yolla həlli yoxdur və dinc əhalinin öldürülməsi və yaralanması yolverilməzdir. Biz aprel ayında döyüş meydanında törədilmiş vəhşiliklərdən xəbərdarıq və bunu şiddətlə pisləyirik. Biz tərəfləri, region xalqlarını barışığa aparan yeganə yol kimi, sülh yolu ilə həllə çağırırıq. Biz həmçinin münaqişə zonasında hərbi əməliyyatların dayandırılmasının əsasını təşkil edən 1994/95-ci il atəşkəs haqqında razılaşmaya sadiq qalmağa çağırırıq".

AzNews.az