Milli Məclisin növbəti iclasının tarixi açıqlandı - Gündəlikdə duran məsələlər

9 Dekabr 2016 10:52 (UTC+04:00)

APA-nın məlumatına görə, iclasın gündəliyinə 18 məsələ daxil edilib.

Bunlar "2017-ci ilin dövlət büdcəsi", "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında" qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları, İnzibati Xətalar, Torpaq məcəllələrinə, "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında", "Avtomobil nəqliyyatı haqqında" qanunlaraa dəyişiklik, bir neçə ölkələr ilə imzalanmış sənədlərin ratifikasiyası, o cümlədən yenidən hazırlanmış "Hərbi vəziyyət haqqında" qanun layihələridir.

AzNews.az