Dünya Bankı TANAP-a kredit ayıracaq - 400 mln. dollar

9 Dekabr 2016 16:30 (UTC+04:00)

"Report"un əldə etdiyi məlumata görə, ayrılacaq vəsaitin 400 mln. ABŞ dolları həcmində olacağı gözlənilir.

Məlumatda deyilir ki, borcu Azərbaycan hökumətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi" QSC alacaq.

Xatırladaq ki, Cənub Qaz Kəməri layihəsinin bir hissəsi olan TANAP-da SOCAR 58%, BP 12%, BOTAŞ isə 30% paya malikdir.

AzNews.az