Gəncədə akkumulyator oğrusu peyda olub

9 Dekabr 2016 22:41 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, oğurluq faktı şəhərin 5-ci mikrorayonu ərazisində baş verib.

Oğurluq Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Qarayev Ramin Nəriman oğluna məxsus "VAZ-2106" markalı avtomaşından edilib. Araşdırma zamanı bir neçə gün əvvəl həmin ərazidə saxlanılmış daha bir avtomaşının da akkumulyatorunun oğurlandığı məlum olub.

Hər iki faktla bağlı araşdırma aparılır.