Tovuzdan Bakıya gətirilən xəstə yolda öldü

10 Dekabr 2016 09:57 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, hadisə gecə saat 04:00 radələrində Hacıqabulda qeydə alınıb.

Belə ki, Bakı-Ağstafa sərnişin qatarında Tovuzun Böyük Qışlaq kənd sakini, 60 yaşlı Əlibala Məmmədyusif oğlu Ağayev Bakıdakı xəstəxanalardan birinə aparılırmış. Lakin Hacıqabul ərazisində vəziyyəti daha da pisləşdiyindən ona yardım məqsədi ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Buna baxmayaraq ağır xəstə xəstəxanaya çatdırılmamış dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.