Zərərli maddələri daşıyan qatar relsdən çıxdı - 4 ölü, 20 yaralı

10 Dekabr 2016 11:29 (UTC+04:00)

AzNews.az BTV telekanalına istinadən xəbər verir ki, çənlərdən bir neçəsi partlayıb. Hadisə nəticəsində ən azı 4 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb. Bütün yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə nəticəsində bir neçə tikili uçub. 12 nəfər dağıntılar altından çıxarılıb.

Hazırda partlayış baş verən ərazidə yanğınsöndürənlər və tibb işçiləri çalışır.

Daxili İşlər Nazirliyinin əməkdaşları yaşayış məntəqəsinə giriş və çıxışı bağlayıblar. Belə ki, ərazidə yeni partlayışların baş verməsi ehtimalı mövcuddur. Hakimiyyət yerli sakinləri hər an təhlükəsizlik məqsədilə təxliyə olunmağa hazır olmağa çağırıb.

Aydan