Partlayıcı oyuncaqlar və pirotexniki vasitələr aşkarlandı - 9300 ədəd

10 Dekabr 2016 12:46 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Qaradağ qəsəbəsi ərazisindəki ticarət mərkəzlərindən birində səyyar ticarətlə məşğul olan İxtiyar Ağayevdən 9300 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.