“Hamı öz boynuna düşəni qərar olmadan etməlidir” - Allahşükür Paşazadə

10 Dekabr 2016 15:39 (UTC+04:00)

APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

"İslam dini sülh dini ola-ola din pərdəsi altında terror hadisəsi törətmək heç bir şeyə sığmır. Necə ki, sərhədçinin işi sərhədi qorumaqdır, bizim də işimiz belə qüvvələrə qarşı mübarizə aparmaqdır. Xüsusən təbliğat işi aparıb gənclərimizi Vətəni, İslamı qorumağa sövq etməliyik. Bəzi adamlar gözləyir ki, fətva verilsin. Hamı öz boynuna düşəni qərar olmadan etməlidir" - deyə QMİ sədri qeyd edib.

AzNews.az