Parkinson xəstələri üçün qaşıq hazırlandı - Bu, üç dəfə...

10 Dekabr 2016 17:48 (UTC+04:00)

Əl və ayaqların əsməsi müxtəlif xəstəliklərin simptomu ola bilər ki, bunlardan biri də Parkinson xəstəliyidir.

Azərtac "naked-science.ru" saytına istinadla xəbər verir ki, əllərin titrəməsi gündəlik hərəkətlərin yerinə yetirilməsinə maneə yaradır, eyni zamanda, bu xəstəlikdən əziyyət çəkən insanlar qida qəbulu zamanı ciddi çətinliklərlə üzləşirlər. Əsmələrin azaldılması məqsədilə tez-tez medikomentoz terapiyadan istifadə olunsa da, son zamanlar digər mübarizə üsulları da öyrənilir.

Bu məqsədlə hazırlanmış "Level" adlanan yeni qurğu ələ taxılan və əsmələri dayandıran sabitləşdirici qulpdan ibarətdir. Qulpa qaşıq və ya çəngəlli taxma quraşdırılmışdır. "Level" inteqrasiya edilmiş akkumulyatordan enerji alır. Şirkət nümayəndələrinin fikrincə, qurğunu bir saat yükləmək kifayətdir. Bu, üç dəfə qida qəbul etməyə imkan verir.

"Level"in "Steady" adlanan ilk versiyası hələ 2013-cü ildə nümayiş etdirilib. Lakin o, az elastikliyə malik idi və əlin əsməsini tamamilə aradan qaldıra bilmirdi. Bundan başqa, "Steady" dizaynın funksionallığına görə də "Level"dən geri qalırdı. Belə ki, yeni versiyanın ələ taxılması və istifadəsi daha rahatdır. Onun qiyməti 195 dollardır.

AzNews.az