Sürücü yol nişanına inanmalıdır, yoxsa... - Video

10 Dekabr 2016 21:50 (UTC+04:00)

Xezerxeber.az məlumat verir ki, Ələt - Astara magistralının 117-ci km-nin Cəlilabaddan keçən hissəsində yol kənarında maksumum sürət həddinin 90 olduğu göstərilsə də, buradan keçən sürücülərin bəziləri bundan aşağı sürət həddində radara düşdüklərini deyirlər.

Maraqlıdır ki, sözügedən ərazidə GPS naviqasiya avadanlıqları da sürücülərin dediklərini təsdiq edir. Maksimum sürət həddinin 90 bildirildiyi magistral ərazisində, naviqasiya cihazları sürətin maksimum 70 olduğunu göstərir. Beləliklə, yol nişanına baxıb sürət həddini seçən sürücülərin qarşısına "AyPatrul" polis maşını çıxdıqda avtomobillər avtomatik olaraq radara düşür.

Ərazidə xidmət aparan yol- patrul xidmətinin əməkdaşları isə deyilənlərlə razılaşmır. Onlar burada maksimum sürətin 90 olduğunu dedilər.

Ekspert Ərşad Hüseynov da bildirir ki, Azərbaycanda dövlət yol polisində və digər rəsmi qurumlarda naviqasiya xidməti yoxdur. Burada sürücü yol nişanına inanmalıdır.

Avtomobillərin radara düşməsinə gəlincə isə, ekspert deyir ki, sürücülərin harada sürət həddini aşması dəqiq bilinməlidir.

AzNews.az