Terror nəticəsində “Beşiktaş”ın 2 əməkdaşı həlak olub - Fotolar

11 Dekabr 2016 10:30 (UTC+04:00)

AzNews.az istinadən xəbər verir ki, "Beşiktaş" klubunun öz rəsmi saytında yaydığı məlumata görə, klubun 2 əməkdaşı Vodafone Arenanın yaxınlığında baş verən partlayış nəticəsində həlak olub.

Kartal Yuvası Çalışanımız Tunç Uncu, Terör Saldırısında Şehit Olduhttps://t.co/pZO54ItHmk pic.twitter.com/neywfi1vtK

— Beşiktaş JK (@Besiktas) December 11, 2016


Onlardan biri klubun mağazasında çalışan Tunç Uncu, digəri isə arenanın təhlükəsizlik xidmətinin bölməsinin başçısı Vəfa Karakurdudur.

Kongre Üyemiz Vefa Karakurdu, Terör Saldırısında Şehit Olduhttps://t.co/73USCWWHZ5 pic.twitter.com/nttQvowDw8

— Beşiktaş JK (@Besiktas) December 11, 2016


Daha əvvəl "Beşiktaş"ın mətbuat xidməti məlumat yayıb ki klubun azarkeşləri terror aktına qədər stadionu tərk edib.

Qeyd edək ki,ötən gecə Beşiktaş Vodafone Arenanın yaxınlığında, Beşiktaş-Bursaspor oyununun sonuna yaxın baş verən partlayış nəticəsində 29 nəfər həlak olub, 166 nəfər yaralanıb. Partlayış Maçka parkında polislərin olduğu ərazidə terrorçunun özünü partlatması nəticəsində baş verib.