Prezident Qazaxıstan səfərini təxirə saldı

11 Dekabr 2016 11:15 (UTC+04:00)

AzNews.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Ərdoğanın dekabrın 11-12-də nəzərdə tutulmuş Qazaxıstan səfəri ertələnib. Buna səbəb İstanbulda baş verən terror aktıdı.

Qeyd edək ki,ötən gecə Beşiktaş Vodafone Arenanın yaxınlığında, Beşiktaş-Bursaspor oyununun sonuna yaxın baş verən partlayış nəticəsində 29 nəfər həlak olub, 166 nəfər yaralanıb. Partlayış Maçka parkında polislərin olduğu ərazidə terrorçunun özünü partlatması nəticəsində baş verib.