Nigeriyada kilsənin damı uçdu, 160 nəfər öldü - Video

11 Dekabr 2016 16:25 (UTC+04:00)

"Report" xəbər verir ki, bu barədə yerli xəstəxananın direktoruna istinadən "Associated Press" məlumat yayıb.

İnsident şənbə günü ölkənin cənub-qərbində yerləşən Uyo şəhərində (Akva-İbom ştatı) baş verib.

Kilsənin tavanı ibadət zamanı uçub. Qeyd olunur ki, ölənlər arasında yüksək vəzifəli məmurlar da ola bilər. Hadisə yerində xilasetmə işləri davam etdirilir.

AzNews.az