Hülya Avşar terrora görə konsertini yarımçıq qoydu - Video

11 Dekabr 2016 17:46 (UTC+04:00)

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, hadisə zamanı restoranlardan birində Cenk Erenlə konsert verən Hülya əyləncəni yarıdaca təxirə salıb.

O, tamaşaçılardan üzr istəyərək, özünü pis hiss etdiyini və bu xəbərdən sonra oxuya bilməyəcəyini deyərək, səhnədən enib.

Qeyd edək ki, ötən gecə İstanbulun Beşiktaş rayonunda terror hadisəsi baş verib. Hadisə nəticəsində 38 nəfər həlak olub, 166 nəfər yaralanıb. Onların əksəriyyəti polislərdir.